Bazar , Sentyabr 19 2021
Ana səhifə / Dünya / Ərdoğandan AÇIQLAMA

Ərdoğandan AÇIQLAMA

“Qanunsuz yolla əfqan miqrantların ölkəmizə girməsinə mane olmaq üçün İranla sərhədlərimizdə divarları ciddi anlamda yüksəldirik. Hər kəs bunu bilsin ki, Türkiyə keçidxana deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”-yə müsahibəsində Türkiyənin Əfqanıstandan köç edən qanunsuz miqrantlarla bağlı məsələyə mövqeyini bildirərkən deyib.

Prezident bildirib ki, Türkiyə 2020-ci ildə 505 375, 2021-ci ilin əvvəlindən indiyədək isə 253 300 nəfər qanunsuz miqrantın ölkəyə daxil olmasına mane olub və qanunsuz miqrantların qarşısını almaq üçün fəaliyyətlər davam edir: “İranla sərhəddə 156 kilometrlik məsafəyə təhlükəsizlik divarı hörülüb. 85 kilometr məsafədə isə fəaliyyətlər davam edir. 109 kilometrlik hissəyə işıqlandırma, 79 kilometrlik hissəyə isə kamera və sensor sistem quraşdırılıb. Bundan başqa PUA-lar vasitəsilə bütün bunlar nəzarətimizdədir”.

R.T.Ərdoğan bildirib ki, əfqan xalqının yaşadığı vəziyyət, Əfqanıstan hökumətinin “Taliban”la yaşadığı münaqişə çox problemli olduğu üçün Türkiyə diplomatik əlaqələri gücləndirməklə bu ölkədə sülhün bərpasına dəstək vermək niyyətindədir: “Hətta bəlkə mənim belə onların liderini qəbul etməyim mümkün ola bilər. Niyə? Çünki biz bu cür məsələləri yüksək səviyyədə nəzarətə almasaq, Əfqanıstanda sülhü bərpa etmək mümkünsüz olar. Əfqanıstanda bizim soydaşlarımız mövqeyində olanlar var. Ona görə bütün imkanlardan yararlanıb bu istiqamətdə kimlərlə birgə fəaliyyət göstərə bilərik, bunu bilməliyik, çünki biz nəticədə bunu onlar üçün edirik. Ona görə də yüksək səviyyəli səlahiyyətlilərimizi xaricə göndərdik. Eyni zamanda, bununla əlaqdar bu gün Qətərla rəsmi danışıqlarımız oldu. “Taliban”ın atdığı addımları harada dayandıra bilərik, harada sülh istiqamətində bir addım atarıq, bunu diplomatik yolla həll etməliyik. Çünki hər məsələnin hərbi yolla həlli mümkün deyil. Hazırda Əfqanıstanla bu mövqedəyik. 35 milyon əhalisi və tarixi əlaqələrimizin olduğu bir ölkəyə biz laqeyd qala bilmərik”.

Həmçinin oxuyun

Diplomatik qalmaqal: Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir …