Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Ərdoğan:”ABŞ terrorçuları silahla təchiz etməyə davam edir”

Ərdoğan:”ABŞ terrorçuları silahla təchiz etməyə davam edir”

Türkiyə “PYD” terrorçularına qarşı İŞİD qruplaşmasına qarşı gördüyü tədbirləri tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əgər Suriyada hər şey yaxşıdırsa, onda niyə Türkiyə ərazisində üç milyondan artıq suriyalı qaçqın yaşamağa davam edir. Çünki Türkiyə hökuməti və həmin insanlar sərhədin o tərəfində zorakılığın davam etdiyini gözəl bilirlər”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, ABŞ Türkiyə-Suriya sərhədində fəaliyyət göstərən terrorçuları silahla təchiz etməyə fəal davam edir: “Türkiyə ABŞ-la Suriyada əməkdaşlığı Rusiya və İranla etdiyi kimi qurmaq istəyir.”

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …