Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Dünya / ƏRDOĞANA QARŞI BÖYÜK İTTİFAQ – 4 müxalifət partiyası razılığa gəlib

ƏRDOĞANA QARŞI BÖYÜK İTTİFAQ – 4 müxalifət partiyası razılığa gəlib

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəliblər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilərlər.

Mayın 6-sı bunun üçün sonuncu gündür.

Bu ittifaqlın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.

Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.

Həmçinin oxuyun

Britaniya parlamenti Brexitin təxirə salınmasına səs verdi

Britaniya parlamentinin İcmalar palatası Brexitin başqa vaxta keçirilməsi haqqında düzəlişi qəbul edib. Hakim Mühafizəkarlar partiyasından …