Ana səhifə / Dünya / Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini AÇIQLADI

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini AÇIQLADI

Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.

“Seçkilərin tarixi bəllidir. Noyabr ayında seçki olmayacaq, gələn ilin iyun ayında keçiriləcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Cümhur İttifaqının namizədi kimi irəli sürüb.

Həmçinin oxuyun

Roma Papası Rusiyanı imperializmdə ittiham etdi

Roma Papası Fransisk Rusiyanı Ukraynada silahlı işğal, ekspansionizm və imperializmdə ittiham edərək, münaqişəni amansız və …