Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən danışdı

Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 24-də baş vermiş zəlzələ ilə bağlı fikirlərini bölüşüb.

Ərdoğan Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanlarının səfərbər edildiyini deyib.

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini bildirib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

Xatırladaq ki, 6,8 bal gücündə yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Zəlzələnin ocağı Yerin 6.75 kilometr dərinliyində olub. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində 14 nəfər ölüb, 200-dən çox yaralı var.

Həmçinin oxuyun

Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Eyni sayt 2016-cı ildə  qondarma rejimin başçısı Bako Saakyanla müsahibə dərc etmişdi… Rusiyanın məşhur Lenta.ru …