Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Dünya / Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib”

Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı vəziyyəti daim nəzarəti altında saxlayır.
Bu barədə ölkənin Prezident Administrasiyasından verilən məlumatda bildirilib.
Qeyd olunub ki, dövlət başçısı ərazidə olan nazirlərlə tez-tez əlaqə saxlayır, yanğınların nəzarət altına alınması üzrə aparılan işlər barədə məlumat alır.
“Həyatını itirən vətəndaşlara Allahdan rəhmət diləyən Prezident Ərdoğan yanğınların nəzarət altına alınması və tamamilə söndürülməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb, yaraların sarılması üçün vətəndaşların yanında olduğunu ifadə edib”, – deyə məlumatda bildirilib.

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …