Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Dünya / Ərdoğan: “Türkiyə ABŞ-a görə İranla münasibətlərini pozmayacaq”

Ərdoğan: “Türkiyə ABŞ-a görə İranla münasibətlərini pozmayacaq”

Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir: “İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə və İran arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə də belə olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə proqramı üzrə sazişdən çıxdığını, əvvəl tətbiq olunan bütün sanksiyaların bərpa edildiyini elan edib.

Həmçinin oxuyun

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik”

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində …