Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Dünya / Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək”

Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək”

“Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs elan olunub, lakin qarşı tərəf buna əməl etmir”.
APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.
“Biz 120 saat müddətində hərbi əməliyyatları dayandırmağa razı olduq, məqsədimizi açıq bildirdik. 120 saat bitən dəqiqədə razılaşmamız pozulacaqsa, “Barış bulağı” qaldığı yerdən davam edəcək. Dünən ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da bunu dedim”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, 22 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcək.

Həmçinin oxuyun

Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib – FOTO/VİDEO

Bir neçə gün öncə Almaniyada keçirilən bələdiyyə seçkilərində bir ilk yaşanıb. Almaniyada türk mənşəli siyasətçi Belit …