Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Ərdoğan Maduroya: “Dik dur, yanındayıq!”

Ərdoğan Maduroya: “Dik dur, yanındayıq!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelada davam edən etirazlar fonunda bu ölkədən olan həmkarı Nikolas Maduronu dəstəkləyib.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter”də məlumat yayıb.

Kalın #WeAreMADURO həştəqi ilə paylaşım edib: “Prezidentimiz Venesuela dövlət başçısı Nikolas Maduroya zəng edərək Türkiyənin dəstəyini ifadə edib – Maduro qardaşım! Dik dur, yanındayıq”.

Xatırladaq ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib. (Sputnik)

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …