Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Dünya / Ərdoğan Kaşıkçı cinayəti barədə: “Vəliəhdin dediklərinə inana bilmədim”

Ərdoğan Kaşıkçı cinayəti barədə: “Vəliəhdin dediklərinə inana bilmədim”

Argentinada baş tutan G20 ölkələri liderlərinin görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanla Camal Kaşıkçı cinayətini müzakirə edib.

Oxu.Az “Haber7”yə istinadən məlumat verir ki, görüşdən sonra mətbuata açıqlamasında Türkiyə prezidenti bildirib ki, şahzadənin məsələyə yanaşması onu qane etməyib.

“Səudiyyə idarəçiliyi tərəfindən öncə inkar edilən, ardından yayındırılmağa çalışılan, nəhayət, qəbul edilən bu cinayət Türkiyənin qərarlılığı sayəsində üzə çıxıb.

Kaşıkçı cinayəti bizim üçün alçaq bir cinayətdir və elə də qalacaq. Biz bu məsələyə siyasi məsələ olaraq yanaşmadıq.

Bu vəhşi cinayətin əmrini verənindən tətbiq edəninə qədər bütün günahkarları ortaya çıxarılmadan nə İslam dünyasının, nə də dünya ictimaiyyətinin qane olması mümkün deyil”.

Prezident bildirib ki, Səudiyyə Ərəbistanı cinayətin araşdırılması üçün lazım olan dəstəyi göstərmir.

Onun sözlərinə görə, vəliəhdin məsələyə yanaşmasını qəbul etmək mümkün deyil:

“Kanada baş naziri bu mövzunu açdı. Vəliəhdin cavabına inana bilmədim. “Sübut edilmədən Səudiyyə Ərəbistanını günahlandırmaq olmaz” mənasında bir cümlə işlətdi. Təbii ki, dediyinin hüquq dilində keçərliliyi var. Amma biz cinayətin sübutlarını göstərmişik, ifadələr var. Müvafiq strukturlar bunun planlı cinayət olduğunu deyir”.

Ərdoğan konsulluğun bütün yalanlarının ortaya çıxdığını dilə gətirib.

“Vəliəhd öz prokurorlarını göndərmək istəyəndə razılıq verdik. Gəldilər, araşdırma apardılar. Amma nəticələri bizimlə paylaşmadılar. Biz bütün araşdırmalarımızın nəticələrini onlarla bölüşdük”, – prezident vurğulayıb.

Həmçinin oxuyun

Kılıçdaroğlunun döyülməsinə Davutoğludan sərt reaksiya

Yeni partiya quracağı iddia olunan sabiq baş nazir Əhməd Davutoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri …