Bazar ertəsi , May 10 2021
Ana səhifə / Dünya / Ərdoğan İtaliyanın baş nazirinə cavab verib – “İşlətdiyi ifadə tərbiyəsizlikdir”

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib – “İşlətdiyi ifadə tərbiyəsizlikdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqiyə cavab verib.

Dövlət başçısı gənclərin “İtaliyanın baş naziri sizə diktator deyib, bu formada ifadələr işlədiləndə nələr hiss edirsiniz” sualını belə cavablandırıb.

“İtaliya baş nazirinin verdiyi açıqlama tamamilə həddini aşmaq və tərbiyəsizlikdir. Türkiyə-İtaliya münasibətlərinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid bəslədiyimiz bir dönəmdə Draqi adlandırılan şəxs bu formada açıqlama verməklə təəssüf ki, aramızdakı münasibətləri baltalayıb. Rəcəb Tayyib Ərdoğan haqqında bir dəfə belə ifadə işlətmək üçün hər şeydən əvvəl sənin tarixindən xəbərin olmalıdır. Amma gördük ki, xəbəri yoxdur. Biz millətimizin bizə verdiyi güclə xalqımıza xidmət etməyə davam edəcəyik. Ona görə də İtaliya baş nazirinin belə ifadələr işlədib-işlətməməsinə fikir verməyin. Biz öz işimizi görməliyik”, – Ərdoğan bildirib. Report

Həmçinin oxuyun

Boş qalan Batumi, 15 min dollara ev…

Pandemiya Azərbaycanın yaxın qonşusu Gürcüstanda da ciddi iqtisadi problemlər yaradıb. Turizmdən illik 2-3 milyard dollar …