Bazar , Noyabr 28 2021
Ana səhifə / Dünya / Ərdoğan İstanbuldakı erməni kilsəsi ilə bağlı insidenti təxribat adlandırdı

Ərdoğan İstanbuldakı erməni kilsəsi ilə bağlı insidenti təxribat adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ölkənin Nazirlər Kabinetinin növbəti toplantısı keçirilib. Toplantıdan sonra təşkil olunan ənənəvi brifinqdə dövlət başçısı bir çox məsələlərlə yanaşı, ötən gecə İstanbulun Kadıköy məhəlləsindəki erməni kilsəsi ilə bağlı insidentə də münasibət bildirib.

Ərdoğan baş verənləri hörmətsizlik və xalqların birliyinə qarşı təxribat adlandırıb.

Xatırladaq ki, dünən gecə saatlarında bir qrup içkili erməni “Surb Takavor” kilsəsinin hasarına çıxaraq rəqs edib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılaraq Türkiyə ictimaiyyətində geniş əks-səda doğurub.

Həmçinin oxuyun

AİHM Ermənistanla bağlı daha bir qərarını açıqlayacaq

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 30-da “Derenik Mkrtıçyan və Qayane Mkrtıçyanın Ermənistana qarşı” işinə dair …