Bazar , Noyabr 17 2019
Ana səhifə / Dünya / Ərdoğan İmamoğlunu tənqid etdi

Ərdoğan İmamoğlunu tənqid etdi

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında 29 böyük şəhərin bələdiyyə rəhbərləri ilə görüşüb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, tədbirdə diqqət çəkən məqamlardan biri Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri (İBB) Əkrəm İmamoğlunun adını hallandırmadan onun ünvanına səsləndirdiyi tənqidlər olub.

Belə ki, dövlət başçısı özünün İstanbula başçı seçiləndən sonra orada öncədən çalışan, öz zəhməti hesabına əmək haqqı alan heç kimə toxunmadığını bildirib:

“Heç kimi vəzifəsindən, çörəyindən məhrum etmədim. Vəzifəyə gələndə şəhərin üzərinə çökmüş nəhəng problemlərlə və ən az onlar qədər böyük bir borc yükü ilə rastlaşdım. Problemlərimizi bir-bir həll edib borclarımızı səbrlə ödədim. Nə işçi heyəti, nə avtomobillər, nə də başqa bir şeyə qarşı mübarizə apardım. Bütün vaxtımı şəhərin problemlərinin, xalqın sıxıntılarının həllinə sərf etdim. Bütün bələdiyyə rəhbərlərindən də eyni həssaslığı nümayiş etdirməyi gözləyirəm”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ə. İmamoğlu bir neçə gün öncə ödənişi İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən yüzlərlə məmur avtomobilini Yeni qapı meydanına gətizdirməyə başlayıb.

Həmçinin oxuyun

Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu

Ağır və məsuliyyətli peşə olmağına baxmayaraq, bir çox ölkələrdə müəllimlərin maaşı az olur. Lakin bu, …