Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Ərdoğan ilk yerli elektromobilin sükanı arxasında – VİDEO

Ərdoğan ilk yerli elektromobilin sükanı arxasında – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa əyalətinin Qebze şəhərində ilk yerli elektromobilin sükanı arxasına əyləşib.

Ərdoğan bunun tarixi hadisə olduğunu deyib.

“Bu gün ölkəmiz üçün tarixi gündür. 60 illik xəyalımız reallığa çevrilir. Uzun illərdi ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışıb. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin ilk elektromobilinin istehsalı üzrə layihənin investisiyası 13 il ərzində 22 milyard dollar təşkil edəcək. “Türk avtomobilləri” təşəbbüs qrupu ildə beş modeldən ibarət 175 min avtomobil istehsal etməyi planlaşdırır. Azvision.az

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …