Cümə axşamı , May 26 2022
Ana səhifə / Dünya / Ərdoğan bu gün Baydenlə görüşəcək

Ərdoğan bu gün Baydenlə görüşəcək

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq. “Hürriyət” xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

Ərdoğanın həmçinin NATO baş katibi Yens Stoltenberq, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Ərdoğan və Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …