Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Ərdoğan Afrində öldürülən terrorçuların sayını açıqladı

Ərdoğan Afrində öldürülən terrorçuların sayını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında indiyədək öldürülən terrorçuların sayını açıqlayıb.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Afrində PKK, PYD, YPG, İŞİD qruplaşmasının məhv edilən üzvlərinin sayının 935-ə çatdığını bildirib.

İtaliyaya səfərə hazırlaşan Türkiyə prezidenti Vatikanda keçirdiyi görüşlərdə Afrin əməliyyatı, Küds və digər önəmli məsələlərlə bağlı müzakirələr aparacağını vurğulayıb.

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …