Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Ərdoğan ABŞ telejurnalistini necə susdurdu?

Ərdoğan ABŞ telejurnalistini necə susdurdu?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Foks Nyus” televiziyasının müxbiri Bret Bayerin suallarını cavablandırıb.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, müsahibə zamanı Bayerin Türkiyənin ən çox jurnalistin həbs edildiyi ölkə olduğunu söyləməsi Ərdoğanın kəskin reaksiyasına səbəb olub.

“Siz hazırda məhkəmə mənsubu kimi danışırsınız, jurnalist kimi deyil. Bu nöqtədə jurnalist kimi danışın və məndən də siyasətçi kimi cavab alın. Görün nə deyirəm, dövlətə qarşı çevriliş cəhdi edən bir İŞİD üzvü jurnalist olduğu üçün sərbəst buraxılsa, ABŞ-da buna nə deyərsiniz? “Yaxşı edib, düzgün edib” deyə bilərsiniz?” – deyə Ərdoğan telejurnalistin, necə deyərlər, ağzından vurub.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …