Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Ər-Riyad Xaşoginin qatillərini Ankaraya verməyəcək

Ər-Riyad Xaşoginin qatillərini Ankaraya verməyəcək

Ankaranın müvafiq sorğusuna baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Xaşoginin qətlində ittiham olunan şəxsləri Türkiyəyə təhvil verməyəcək.

“Əl Cəzirə” xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr çıxış edib.

“Biz Camal Xaşoginin qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”, – deyə o vurğulayıb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşogi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …