Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Ərəb şahzadələrin alkoqollu yaxta əyləncəsi (FOTOLAR)

Ərəb şahzadələrin alkoqollu yaxta əyləncəsi (FOTOLAR)

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Birləşmiş Ərəb Əmirliklərinə ziyarəti zamanı təşkil edilən yaxta əyləncəsi böyük səs-küyə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra Salman və BƏƏ şahzadəsi Məhəmməd ibn Zayed Əl Nəhyan BƏƏ-nin Vaşinqton səfiri Yusif Uteybenin axşam qonaqlığında iştirak edib. Daha sonra dəbdəbəli yaxtada əyləncə gecəsi təşkil edilib. Gecədə Əl Nəhyan, Səudiyyənin sabiq kəşfiyyat sədri Türki Əl Faysal, cazibədar modellər və digər şahzadələr iştirak edib. Çəkilən görüntülərdə BƏƏ şahzadəsinin sərxoş olduğu görünür.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçının qətl edilməsi ilə dünya gündəmindən düşməyən Səudiyyə rəsmilərinin belə bir tədbirdə iştirakı birmənalı qarşılanmayıb.
Gülşən

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …