Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Dünya / Ərəb KİV-ləri Ocaq Necatın Bakıdan qovulduğunu əks etdirən karikaturalar dərc etdi

Ərəb KİV-ləri Ocaq Necatın Bakıdan qovulduğunu əks etdirən karikaturalar dərc etdi

Ərəb KİV-lərində Əli Əkbər Ocaq Nejatın İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin Bakıdakı nümayəndəsinin ofisinin bağlanmasını əks etdirən karikaturasını yayımlayıb.

Xatırladaq ki, oktyabrın 5-də Əli Xamneyinin Azərbaycandakı nümayəndəsinin Bakı ofisi bağlanmışdı. Hüseyniyyə məscidinin binasında yerləşən ofis hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb. Daxili İşlər Nazirliyi o zaman bildirib ki, “son günlərdə Bakının bir neçə yerində COVID-19-a yoluxanların sayı kəskin artıb və bu yerlərdən biri də Hüseyniyyə məscididir. Bu səbəbdən məscid də daxil olmaqla bu cür yerlərin fəaliyyəti dayandırıb”.

virtualaz.org

Həmçinin oxuyun

İranın Şərqi Azərbaycan vilayətinin yeni valisini döydülər – Video

İranın Şərqi Azərbaycan vilayətinin yeni valisi döyülüb. Hadisə valinin tribunada çıxışa başlamaq istədiyi zaman baş …