Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Ərəb dünyasının ilk AES-nin operatorlarına lisenziya verildi

Ərəb dünyasının ilk AES-nin operatorlarına lisenziya verildi

BƏƏ-nin atom enerjisi üzrə Federal Agentliyi əmirliyin müvafiq hazırlığı keçən ilk on beş vətəndaşına nüvə reaktoru operatoru lisenziyasını verib.

Oxu.az-ın məlumatına əsasən, bu, Barakda AES-in istismarına lisenziya verilməsi üçün əsas tələblərdən biri idi.

Qeyd edək ki, BƏƏ və bütün ərəb dünyasında ilk AES-in birinci enerji blokunun tikintisi artıq başa çatıb.

Barakda “Nawah Energy” şirkəti tərəfindən tikilən AES 5,6 meqavatt gücə malik dörd enerji blokundan ibarətdir. Stansiyanın tikintisinin 90%-i başa çatıb. AES-in ilk enerji blokunun istismarı isə 2020-ci ilə planlaşdırılır.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …