Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / Dünya / Ərəb Dövlətləri Liqasından ABŞ-a tələb: “Qüdslə bağlı qərarı ləğv edin!”

Ərəb Dövlətləri Liqasından ABŞ-a tələb: “Qüdslə bağlı qərarı ləğv edin!”

Ərəb Dövlətləri Liqası (ƏDL)  ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.

“Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, – deyə bəyanatda qeyd olunur.

Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu qeyd ediblər.

“Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, – deyə bəyanatda qeyd olunur.

Həmçinin oxuyun

Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Kanada 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq. “Report” “CBC News”a istinadən xəbər verir …