Cümə , İyun 25 2021
Ana səhifə / Dünya / Ən məyusedici avtomobillər açıqlandı

Ən məyusedici avtomobillər açıqlandı

Almaniya və Britaniya istehsalı olan lyuks avtomobillər alınandan bir müddət sonra sahibləri tərəfindən ən çox satışa çıxarılan maşınlardır. 

Bu barədə iSeeCars.com statistik agentliyin araşdırmasında deyilir.

Bildirilir ki, sahiblərinin imtina edərək satışa çıxardığı avtomobillərin reytinqində birinci yerdə Mercedes-Benz C-Class (12,4 faiz) qərarlaşıb.

 

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq 11,8 faizlə BMW 3 Series və Land Rover Discovery Sport qərarlaşıb. 

Siyahıda dördüncü Land Rover Range Rover Evoque (10,9 faiz), beşinci Mini Clubman (10,7 faiz) olub. 

Reytinqdə həmçinin BMW X1 (10,4 faiz), BMW X3 (9 faiz), Nissan Versa Note (9 faiz), Jaguar XF (8,8 faiz) və Nissan Versa (8,7 faiz) yer alıb. 

Qeyd olunur ki, sahiblərinin avtomobilləri alınan gündən bir il ərzində satmalarının səbəbi sözügedən modellərin etibarlıq reytinqinin aşağı olmasıdır.oxu.az

Həmçinin oxuyun

Robert Köçəryan: “Əgər hakimiyyət eyni üsulla davam etsə növbəti seçklər qaçılmaz olacaq”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi “Ermənistan” blokunun aldığı 270 min səsdən məyusluğunu gizlətməyib. …