Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / Əlil fələstinli İsrail hərbçilərini daşa basdı

Əlil fələstinli İsrail hərbçilərini daşa basdı

Fələstinin Qəzza bölgəsində fələstinlilərlə İsrail ordusunun hərbçiləri arasındakı toqquşmalarda iki fələstinli həlak olub, 689 nəfər xəsarət alıb.

Milli.az bildirir ki, dünən Qüdsdəki Əl Əqsa məscidinin qarşısında da etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Qüds ərəb şəhəridir!” qışqırıblar.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Ərab əl Fukuhanın dediyinə görə, 65 fələstin güllə, 111 nəfər rezin güllə yarası alıb. 442 fələstinli gözyaşardıcı qazdan zəhərlənib, 71 nəfər döyülüb, 3 nəfər isə ağır yaralanıb.

Qəzza bölgəsindəki Şücayə şəhərinin yaxınlığındakı etiraz aksiyasında əlil arabasında olan fələstinli də iştirak edib. O, İsrail hərbçilərini daşa basıb,

Xatırladaq ki, ötən həftə İsrail hərbçiləri Qəzza bölgəsində əlil arabasındakı 29 yaşlı İbrahim əbu Türayyanı güllələmişdilər.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …