Çərşənbə , İyun 29 2022
Ana səhifə / Dünya / “Əgər qohumlarımdan kimsə…“ – Eks-prezident sükutu pozdu

“Əgər qohumlarımdan kimsə…“ – Eks-prezident sükutu pozdu

“Əgər qohumlardan biri qanunu pozmaq üçün onun adından istifadə edibsə, o zaman məsuliyyətə cəlb olunmalıdır”.

Bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib.

“Uzun illərdir ki, biz Qazaxıstanda hüquqi dövlət qururuq. Onun fundamental prinsipi qanunun hamı üçün eyni olmasıdır. Əgər mənim arxamda qohumlarımdan biri qanunu pozmaq üçün adımdan sui-istifadə edibsə, deməli, məsuliyyətə olunmalıdır”, – deyə Nazarbayev tanınmış qazax politoloqu Daniyar Aşımbayevə müsahibəsində deyib.

Müsahibənin mətni Aşımbayevin “Telegram” kanalında dərc edilib.

N. Nazarbayevin sözlərinə görə, təqsir məhkəmədə sübuta yetirilməlidir:

“Unutmamalıyıq ki, hər bir vətəndaşın hüquqi müdafiə hüququ var”.

Qazaxıstanın birinci prezidenti iyunun 5-də keçiriləcək referendumda ölkə konstitusiyasına dəyişiklikləri dəstəkləyəcəyini də vurğulayıb. Bu dəyişikliklərin bəziləri onun xüsusi statusuna aiddir.

Həmçinin oxuyun

ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından …