Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / “Əgər Gürcüstanda həbs olunsam, tərəfdarlarım hakimiyyəti devirər” – Saakaşvili

“Əgər Gürcüstanda həbs olunsam, tərəfdarlarım hakimiyyəti devirər” – Saakaşvili

Ukrayna hökuməti mənim ekstradisiyama hazırlaşır, amma bu o demək deyil ki, məni mütləq Gürcüstana ekstradisiya edəcəklər.

Bunu “Liberation” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Bir neçə gün əvvəl öyrəndim ki, onlar Polşa hökumətinə müraciət edib, mənim yenidən qəbul edilməyimi istəyiblər. Mənim Gürcüstana ekstradisiyam gürcü hökuməti üçün çox çətin olacaq. Gürcüstanda hökumət zəifdir. Onlar bir ildən çox mənim ofşor hesablarımı axtardılar, amma heç nə tapmadılar. Mənim zamanımda korrupsiya olmayıb. Əgər Gürcüstanda həbs olunsam, tərəfdaşlarım hakimiyyəti devirib, məni azad edəcəklər”, – deyə o, bildirib/Axar.az.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …