Bazar , Sentyabr 23 2018
Ana səhifə / Dünya / “Əgər cəsarətiniz varsa, məni Gürcüstana buraxın” –Saakaşvili

“Əgər cəsarətiniz varsa, məni Gürcüstana buraxın” –Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı prezidenti Georgi Marqvelaşviliyə müraciət edərək, ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edib.

Bu bəyanatı o, “Rustavi 2” televiziyasında səsləndirib. Onun sözlərinə görə, vətəndaşlığının ləğvi prosesində qanun pozuntularına yol verilib:

“Marqvelaşvili qorxaqdır. Səbəb isə onun məndən vətəndaşlığımı almasıdır. Əgər cəsarəti varsa və zərrə də olsa insanlığı qalıbsa, mənim gürcü vətəndaşlığımı geri versin. Məni Gürcüstana buraxın, o zaman sizə hökumətin nədən qorxduğunu və xalqı nə ilə qorxudacaqlarını göstərəcəyəm. Təəssüf ki, KİV-in əksəriyyəti mənim Gürcüstana vəzifə əldə etmək üçün qayıtmağım haqqında informasiya yayır. Bunun sayəsində insanlar Ukrayna xalqını oğruların əlinə buraxdığım qənaətinə gəliblər. Bunu görməyəcəksiniz. Ukrayna Putin Rusiyasına müqavimətin açarıdır. Gürcüstanda mən geniş xalq koalisiyasının prezidentliyə namizədini dəstəkləyəcəyəm, Ukraynada isə ukraynalıların isveçrəlilər kimi yaşaması üçün mübarizə aparacağam”.

Axar.az

Həmçinin oxuyun

Dövlət Departamentindən dünyaya xoş xəbər

Ötən il dünyada müxtəlif terror hücumlarının sayı 23 faiz azalıb. Bu barədə məlumat ABŞ Dövlət …