Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / “Əgər bu, belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər?” – Ərdoğandan Avropaya sərt ismaric

“Əgər bu, belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər?” – Ərdoğandan Avropaya sərt ismaric

“Avropa İttifaqı (Aİ) ölkələri PKK üzvlərinə sığınacaq verir və onların müxtəlif aksiyalar keçirməsinin qarşısını almır”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə deyib.
“Onlar Berlinin küçələrində yürüşlər təşkil edirlər. Parisin küçələrində, Avstriyada yürüşlər edirlər. Aİ guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir.  Əgər bu, belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar?”, – deyə R.T.Ərdoğan qeyd edib.
“Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə dəstəkləyirlər”, – deyə Türkiyə prezidenti əlavə edib/APA.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …