Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Əfqanıstanda matəm elan olunub

Əfqanıstanda matəm elan olunub

Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib.

APA-nın məlumatına görə, bu barədə “1TV” telekanalın məlumat yayıb.

Eyni zamanda bazar ertəsi Kabil sakinləri üçün istirahət günü elan edilib.

Qeyd edək ki, şənbə günü Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayış nəticəsində 95 nəfər ölüb, 191 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti “Taliban” Hərəkatı öz üzərinə götürüb.

Həmçinin oxuyun

Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın …