Tahir Kərimli: “Bizi Nəsimisiz, Babəksiz qoyub hara getdin?”
Əziz Rasim müəllim! Tərk etdin bizi... Bizi Nəsimisiz, Babəksiz qoyub hara getdin? Mən sənin simanda Nəsimini sevdim,müqəddəs bildim. Həyatımda Nəsimi və Ovod(Artur) idealım,yolgöstərənim oldular. Mənəviyyatın maddilikdən nə qədər yüksək olduğunu sizdən əxz elədim.
Sən Ağsumuzun vizit kartı idin. Sənin o gözəl simanı bütün xalq sevirdi.
Axı, Sən bizi qoyub hara getdin?..
Əziz qarrdaşım, onu bil ki, biz həmişə səni canlı təsəvvür edəcəyik, səninlə fəxr edəcəyik!
Qoy ölüm sevinməsin!
Sən bizə gözəl şərəf, şöhrət qoyub getdin...
Rahat yat, əziz qardaş...
Tahir Kərimli
Sabiq deputat