Sosial şəbəkədə biz:

Şeyxin qudası: “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?”

Şeyxin qudası: “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?”
Xəbər Şəkli
14 October 2026, 08:18
Cəmiyyət

“Vahid məktəbli forması ilə hicabı bir-birinə qarışdırıblar. Bir var ki, yetkin qadınlar hicab bağlayırlar, bu, başqa, məktəblinin hicab bağlaması isə başqa söhbətdir. Bunlar ayr-ayrı söhbətlərdir. Amma danışanda hamısı “hicab” deyir. Bəyəm kiməsə deyiblər ki, get xanımının, yaxud ananın başından hicabı açdır? Axı belə söhbət yoxdur. Məktəbdə məktəbli forması tətbiq olunduğuna görə məktəb də öz hüququndan istifadə edir və tələb edir ki, başıbağlı məktəbə olmaz”.

Bu sözləri Pravda.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə deyib.

Q.Salahzadə qeyd edib ki, bu məsələdə maarifləndirmə işləri aparılmalıdır: “İctimaiyyət nümayəndələri, tanınmış şəxslər insanları başa salmalıdırlar ki, ay qardaş, heç kimə deyilmir, get, xanımının başından hicabı çıxar. Məktəbli formasıdır və tətbiq olunur ki, məktəblilərin hamısı eyni formada olmalıdır. İrandan da danışırlar. Əvvəllər də bu söhbətlər olub və olacaq”.