Sosial şəbəkədə biz:
Seyran Səxavət: “Mən belə demokratiyanı tanımıram, sifətini də görmək istəmirəm”
Xəbər Şəkli

Seyran Səxavət: “Mən belə demokratiyanı tanımıram, sifətini də görmək istəmirəm”

08 April 2026, 09:37
Cəmiyyət

Yazıçı Seyran Səxavət "Rövşanə ilə gündəm" verilişində səsləndirdiyi "Demokratiya anti-insani bir şeydir" sözlərinə görə tənqid olunmasına münasibət bildirib.

S.Səxavət Pravda.az-a açıqlamasında tənqidlərə əhəmiyyət vermədiyini deyib.

“Demişəm ki, demokratiya böyük dövlətlərin əlində balaca dövlətlərin ağzına vurmaq üçün bir çubuqdur. Demokratiyanın paytaxtı Amerika sayılır. Amerika başqa bir ölkənin prezidentini həbs etdi. Mən belə demokratiyanı tanımıram. Belə demokratiyanın sifətini də görmək istəmirəm. Kim etiraz edirsə, gedib özünə dua yazdırsın”, - o qeyd edib.