Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan qovuldu
Ötən gün Bakıda polis tərəfindən saxlanılan özbəkistanlı ekstrasens İqbol Soliyev sərbəst buraxılıb.
Lent.az xəbər verir ki, polis idarəsində İqbol Soliyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
Onun ölkədən çıxarılması təmin olunub.