Sosial şəbəkədə biz:
Nura Suri bələdiyyədən narazıdır
Xəbər Şəkli

Nura Suri bələdiyyədən narazıdır

19 May 2026, 08:29
Cəmiyyət

Müğənni Nura Suri bələdiyyənin xidmətindən xidmətindən narazıdır.

O, bu barədə sosial şəbəkə hesabında bildirib.

N.Suri əmlak vergisi ödəsə də qarşılığında xidmət görmədiyini qeyd edib: “Bələdiyyəyə 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi ödəyirəm. Bütün yeni tikilidə mənzil sahibləri əmlak vergisi ödəyir. Bu gün maraqlandım ki, bəs bu pulu niyə ödəyirik? Bələdiyyənin öhdəliyi nədir? Cavab: Bu pul yerli bələdiyyənin büdcəsinə gedir. Ərazi üzrə abadlıq, işıqlandırma, yerli xidmətlər və digər bələdiyyə xərcləri üçün nəzərdə tutulur. Hələ indiyə kimi bələdiyyənin üzünü görməmişik. Hansı abadlıq işləri apardığından da xəbərsizik”.