Nazirlik bu xalçaya görə Xalq rəssamına 100 min manat verəcək – Foto
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC Xalq rəssamı Eldar Mikayılzadə (VÖEN – 1702315622) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə Xalq rəssamının müəllifi olduğu “On dörd məsum” xalçasının satın alınması ilə bağlıdır.
Bildirilir ki, “On dörd məsum” xalçası üçün nazirlik Eldar Mikayılzadəyə 100 min manat ödəyəcək.