Sosial şəbəkədə biz:

Mircəlal Kazıminin peşəkarlığı ilə həyatımda yeni səhifə açıldı

Mircəlal Kazıminin peşəkarlığı ilə həyatımda yeni səhifə açıldı
Xəbər Şəkli
09 October 2026, 11:25
Cəmiyyət

Bu gün mənim üçün xüsusi və unudulmaz gündür. Düz 7 il əvvəl — 9 oktyabr 2019-cu ildə Mərkəzi Gömrük Hospitalında tanınmış cərrah-transplantoloq Mircəlal Kazıminin həyata keçirdiyi qaraciyər transplantasiyası əməliyyatı ilə həyatımda yeni bir səhifə açıldı.

Həmin gün mənə yalnız sağlamlığımı deyil, həyata yenidən ümidlə baxmaq imkanı da bəxş edildi. Bu gün geriyə baxanda anlayıram ki, o əməliyyat mənim üçün yeni başlanğıc, ailəm üçün isə böyük sevinc və ümid demək idi.

Hörmətli Mircəlal həkim, mənə göstərdiyiniz diqqətə, peşəkarlığınıza və həyatımın ən çətin anında yanımda olduğunuza görə Sizə ürəkdən təşəkkür edirəm. Sizin əməyiniz və fədakarlığınız yaddaşımda həmişə yaşayacaq.

Bu yolda mənə dəstək olan bütün tibb işçilərinə və yaxınlarıma da minnətdarlığımı bildirirəm. Bu gün yaşadığım hər an və duyduğum hər sevinc mənim üçün böyük bir hədiyyədir.

Şükürova Alimə Murad qızı