Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi

Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi
Xəbər Şəkli
13 August 2026, 09:55
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.