Sosial şəbəkədə biz:
General rütbəsi verilən hərbçilər kimdir? – Fotolar
Xəbər Şəkli

General rütbəsi verilən hərbçilər kimdir? – Fotolar

26 June 2026, 10:02
Cəmiyyət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali xüsusi rütbələr verilib.
General-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edirik:


Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

Rəsul Əliyev - Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya idarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.
Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir. Qafqazinfo