Sosial şəbəkədə biz:

Bel yırtığında əməliyyat nə zaman vacib olur?

Bel yırtığında əməliyyat nə zaman vacib olur?

Bel yırtığı onurğa disklərinin yer dəyişməsi nəticəsində sinirlərə təzyiq göstərməsi ilə yaranır.
 

Bu vəziyyətlə bağlı çox zaman istirahət, fizioterapiya və dərman müalicəsi ilə nəzarət altına alınsa da, bəzi hallarda cərrahi müdaxilə qaçılmaz olur.


Əməliyyat tələb edən əsas hallar bunlardır:
 

Şiddətli və davamlı ağrı: Müalicəyə baxmayaraq keçməyən, gündəlik həyatı ciddi şəkildə çətinləşdirən ağrılar əməliyyatı zəruri edə bilər.


Nevroloji pozuntular: Ayaqlarda hissizlik, güc itkisi və refleks zəifləməsi kimi hallar sürətlə inkişaf edərsə, sinir zədələnməsinin qarşısını almaq üçün əməliyyat lazım gəlir.
 

Kauda ekuina sindromu: Bel yırtığının ən ağır fəsadlarından olan bu vəziyyətdə sidik və nəcis saxlaya bilməmə, ayaqlarda uyuşma, cinsi funksiyalarda pozulmalar yaranır. Bu halda təcili əməliyyat vacibdir.


Müalicəyə cavab alınmaması: Fiziki terapiya və dərmanlara baxmayaraq yaxşılaşma olmadıqda əməliyyat alternativ kimi düşünülə bilər.


Yaşam keyfiyyətində ciddi düşüş: Davamlı ağrı, yuxu pozuntusu və gündəlik fəaliyyətlərin məhdudlaşması əməliyyatı zəruri hala gətirə bilər.


Bel yırtığında əməliyyat, yalnız konservativ üsulların təsirsiz qaldığı və ya sinir sistemi ilə bağlı təcili hallar yarandıqda məcburi ola bilər. Bu qərarın mütəxəssis həkimlə birlikdə, ətraflı şəkildə verilməsi tövsiyə olunur. Doğru zamanda aparılan əməliyyat, xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol