Sosial şəbəkədə biz:

Azərbaycanın iki hərbi qulluqçusu vəfat edib

Azərbaycanın iki hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları vəfat edib.

DSX-dan verilən məlumata görə, xidmətin müddətdən artıq hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi iştirakçısı Aslan Araz oğlu Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, əslən Ağdaş rayonunun Ləki qəsəbəsindəndir.

Digər hadisə isə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. Azərbaycan Ordusunun zabiti, leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib.

Azad Qasımov doğulduğu Ağcabədi rayonunda dəfn edilib.

Hər iki hərbi qulluqçunun vəfatı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmaların davam etdiyi bildirilir.

Ölən hərbçilərin yaxınlarının münasibəti məlum deyil. 




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol