Sosial şəbəkədə biz:
“Araz” supermarketlər şəbəkəsi adından yayılan saxta kampaniyaya ALDANMAYIN!
Xəbər Şəkli

“Araz” supermarketlər şəbəkəsi adından yayılan saxta kampaniyaya ALDANMAYIN!

25 March 2026, 18:44
Cəmiyyət

Son günlər sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adı ilə saxta kampaniya yayılmaqdadır.

Həmin saxta elanlarda istifadəçilərə linklər təqdim edilərək guya “15-ci ildönüm hədiyyələri” çərçivəsində müxtəlif mükafatlar, o cümlədən mobil telefonlar qazanmaq təklif olunur.

Rəsmi olaraq bildiririk:

 • “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adlı kampaniya tamamilə saxtadır;

 • Bu məlumatların “Araz” supermarketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur;

 • Paylaşılan linklər dələduzluq məqsədi daşıyır və şəxsi məlumatlarınız üçün təhlükə yaradır.

Diqqət!

“Araz” supermarketlər şəbəkəsinin adından istifadə edilərək yayılan bu tip mesajlar vətəndaşların aldadılmasına yönəlib.

Vətəndaşlara tövsiyə edirik:

 • Bu cür linklərə daxil olmayın;

 • Şəxsi və bank məlumatlarınızı paylaşmayın;

 • Bu mesajları silin və yayılmasının qarşısını alın.

“Araz” supermarketlər şəbəkəsi bütün kampaniyalarını yalnız rəsmi sayt və sosial media hesabları vasitəsilə elan edir.