Sosial şəbəkədə biz:

7 nəfərin xəsarət alması ilə nəticələnən Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlandı

7 nəfərin xəsarət alması ilə nəticələnən Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlandı
Xəbər Şəkli
27 July 2026, 08:13
Cəmiyyət

Gənclər və İdman Nazirliyinin sifarişi ilə Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən V Milli Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlanıb.

 

İcraçı şirkət “Vata” MMC-dir.

 

Nazirlik festivalın təşkilinə görə “Vata”ya 215 255 AZN ödəyib. 1 198 AZN vergi borcu olan MMC-nin rəhbəri Faiq Məhəmməd oğlu Məmmədovdur.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Qeyd: TƏBİB-in yaydığı məlumata görə, Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.