Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial (səhifə 804)

Sosial

Bakıya yağış, rayonlara dolu yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14,  Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi …

Ətraflı oxu »

Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər – FOTOLAR

Metronun “Azadlıq prospekti” stansiyası üstündəki parkın ərazisi peşkəş olunmaqdadır. Bu ərazinin satılıb tikinti işləri aparılması ucbatından dəfələrlə metroda çatlar əmələ gəlib. Ancaq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun vecinə də deyil ki, metro bir gün çökə bilər. Odur ki, Binəqədi RİH tərəfindən verilən sərəncamla “Azadlıq”ın üstündəki parkın yeri pay-püş olunub. …

Ətraflı oxu »

ETSN: Bakıda toz-dumanın miqdarı sanitar norma daxilindədir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, buna …

Ətraflı oxu »

“Siqaret çəkmək qəti qadağandır” sözü dəyişdirildi

Baş nazir Artur Rasizadə “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişiklik edib. “Qafqazunfo” xəbər verir ki, dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” prezidentin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə edilib. Qaydaların “6.3.3. 3-cü sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin ikinci absasının …

Ətraflı oxu »

Bakıda canavar insanlara hücum etdi (VİDEO)

Zığ yaşayış massivində canavar itlərə hücum edib və bir neçəsini parçalayıb. Ətrafda yaşayan sakinlərhadisənin şahidi olublar. Sakinlərdən biri canavarı öldürüb. Hadisə yerinə ərazi üzrə baytar həkimi cəlb olunub. Baytar həkimin sözlərinə görə, canavar dərin bir ərazi qazılaraq basdırılacaq. Daha sonra qeyd olunan yer dezifeksiya olunacaq.  

Ətraflı oxu »

Bakıda əsas yollardan biri bağlanır

Aprel ayının 21-i gecə yarısından etibarən Sabunçu körpüsündən Olimpiya stadionuna qədər olan yol asfalt örtüyünün yenilənməsi səbəbindən bir müddətlik bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov paytaxtın Sabunçu, Zabrat, Maştağa, Pirşağa  kimi tanınan ərazilərindən şəhərin mərkəzinə …

Ətraflı oxu »

Sabahdan temperatur 8 dərəcə enəcək – Dolu, qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, …

Ətraflı oxu »

Şəhid ailələrinə 11 min manat pul veriləcək – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması …

Ətraflı oxu »

Bakıda tozun miqdarı 30 faiz artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı məlumat yayıb. “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, qurum operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan …

Ətraflı oxu »

Həkimlərin məsləhətinə qulaq asmadı və sonu faciəli oldu

Bu gün Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadın dünyasını dəyişib. Xaçmaz rayonunun Yeni Həyat kənd sakini, 28 yaşlı Rəqsanə Səfərovanın vəziyyəti ağırlaşıb və o, Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Rayon xəstəxanasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, R.Səfərovaya vaxtilə hamilə qalmağın …

Ətraflı oxu »