Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial (səhifə 802)

Sosial

Bakını qan və üfunət bürüyüb – ŞƏRH

Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, Milli Onkologiya Mərkəzinin yanı ət bazarına çevrilib. Bəli, düz anladınız, ət bazarına. Burada küçə boyu müxtəlif ət mağazaları fəaliyyət göstərir. Günün istənilən saatında mağazalarda iri və xırdabuynuzlu heyvanlar kəsilərək satılır. Satışa çıxarılan ət isə birbaşa yolun kənarından asılır. Ərazidə ət mağazaları ilə yanaşı müxtəlif kafelər, …

Ətraflı oxu »

Müharibə veteranlarına 500 manat yardım ayrıldı – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya müharibəsində …

Ətraflı oxu »

“Mayın əvvəlindən etibarən “Sovetski”də yenidən söküntü işləri başlanacaq”

“Hazırda “Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq”. Bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib. Onun sözlərinə görə, bu il “Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb: “Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 …

Ətraflı oxu »

“Azəriqaz”dan sahə rəislərinə şok tapşırıq: ölkəboyu qazın təzyiqi azaldıldı

Son günlərdə Bakı şəhərinin müxtəlif istiqamətlərində tez-tez qaz kəsintilərinin olması sirr deyil. Artıq bununla bağlı istər mətbuatda, istərsə də sosial şəbəkələrdə narazlıqlar ifadə olunub. Ancaq qəribə olsa da, “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev etirazları rədd edib. Deyib ki, şəhərin heç bir istiqamətində qaz kəsintisi olmayıb. Bu və ya digər məsələlərlə bağlı Mia.az-a …

Ətraflı oxu »

Bakıya yağış, rayonlara dolu yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14,  Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi …

Ətraflı oxu »

Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər – FOTOLAR

Metronun “Azadlıq prospekti” stansiyası üstündəki parkın ərazisi peşkəş olunmaqdadır. Bu ərazinin satılıb tikinti işləri aparılması ucbatından dəfələrlə metroda çatlar əmələ gəlib. Ancaq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun vecinə də deyil ki, metro bir gün çökə bilər. Odur ki, Binəqədi RİH tərəfindən verilən sərəncamla “Azadlıq”ın üstündəki parkın yeri pay-püş olunub. …

Ətraflı oxu »

ETSN: Bakıda toz-dumanın miqdarı sanitar norma daxilindədir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, buna …

Ətraflı oxu »

“Siqaret çəkmək qəti qadağandır” sözü dəyişdirildi

Baş nazir Artur Rasizadə “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişiklik edib. “Qafqazunfo” xəbər verir ki, dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” prezidentin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə edilib. Qaydaların “6.3.3. 3-cü sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin ikinci absasının …

Ətraflı oxu »

Bakıda canavar insanlara hücum etdi (VİDEO)

Zığ yaşayış massivində canavar itlərə hücum edib və bir neçəsini parçalayıb. Ətrafda yaşayan sakinlərhadisənin şahidi olublar. Sakinlərdən biri canavarı öldürüb. Hadisə yerinə ərazi üzrə baytar həkimi cəlb olunub. Baytar həkimin sözlərinə görə, canavar dərin bir ərazi qazılaraq basdırılacaq. Daha sonra qeyd olunan yer dezifeksiya olunacaq.  

Ətraflı oxu »

Bakıda əsas yollardan biri bağlanır

Aprel ayının 21-i gecə yarısından etibarən Sabunçu körpüsündən Olimpiya stadionuna qədər olan yol asfalt örtüyünün yenilənməsi səbəbindən bir müddətlik bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov paytaxtın Sabunçu, Zabrat, Maştağa, Pirşağa  kimi tanınan ərazilərindən şəhərin mərkəzinə …

Ətraflı oxu »