Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial (səhifə 31)

Sosial

“Azərsu”nun tenderi ləğv edildi

“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 24 yanvar 2024-cü il tarixli 3-21-1/2-952/2024 nömrəli məktubuna əsasən ləğv olunub.Məlumat üçün bildirək ki, ləğvetmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2, 38.2, və 57.3.7. maddələri göstərilir.Maraqlı …

Ətraflı oxu »

Səhiyyə Nazirliyinin tenderini öz əməkdaşının şirkəti udub?

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Gravity Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq.  Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.  Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, …

Ətraflı oxu »

Bakıda “KamAZ” hündürlükdən evin həyətinə aşıb – VİDEO

Bakıda mişar daşı ilə yüklü avtomobil təxminən beş-altı metr hündürlükdən evin həyətinə aşıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Xətai rayonunda baş verib. Zeytun küçəsi ev 97-də yaşayan Ülkən İmanovanın sözlərinə göə, hadisə baş verən vaxt xoşbəxtlikdən evin içində olublar. Sürücünü isə qonşular bir neçə dəfə yuvarlanan avtomobildən çıxarıblar. …

Ətraflı oxu »

Bu şəxslərin pensiyalarında artım olmayacaq – onlar kimlərdir?

“Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək”. Bəs bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı? Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov …

Ətraflı oxu »

Evində “Pitminutka” işləyənlərə BƏD XƏBƏR

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, su qızdırıcılarının hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Trend-ə bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam …

Ətraflı oxu »

Mədəniyyət Nazirliyi 2 kitabın nəşrinə 225 min manat xərcləyəcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Banu” MMC (VÖEN – 1000212851) olub.“Banu” MMC “Əsaslı Tikinti və Təchizat” MMC-nin sifarişi əsasında “İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış …

Ətraflı oxu »

Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq?

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır.  Bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin …

Ətraflı oxu »

Azərbaycan qəpiklərini hazırlamaq üçün nə qədər pul xərclənir?

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib. Yeniavaz.com xəbər verir ki, ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gətirilib. Qeyd edək ki, gətirilən sikkələr ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən pul vahidləridir (Gömrük kodu 711890). Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə …

Ətraflı oxu »

Yeni Günəşlidə mənzillərdə olmayan istiliyə görə borc yazılır (VİDEO)

Paytaxtın Suraxanı rayonu Yeni günəşli qəsəbəsi, D massivindəki 1 nömrəli binanın sakinləri deyir ki, qışın bu çağında mənzillərə istilik verilmir. İstiliklə təchiz edilmədikləri halda da adlarına borc yazılıb. Sakinlər iddia edirlər ki, binada sistem mövcud olsa da, mənzillərdə istilik yoxdur. İstifadə etmədikləri halda istiliyə görə borcun yazılması və qurumun onlara …

Ətraflı oxu »

Azərbaycanda tiktokerlər çirkli pulların yuyulmasında iştirak edir? (VİDEO)

Dəyəri minlərlə manat olar hədiyyələr, “TikTok”dan qazanılan dəbdəli həyat. Bəs, bu gəlirin mənbəyi nədir? Nəzərə alsaq ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanıldı. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olundu, əmlakları …

Ətraflı oxu »