Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial (səhifə 3)

Sosial

1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur – VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur. Söhbət Bakının Suraxanı rayonunda yerləşən, sakinlər arasında Qum adası adlandırılan ərazidən gedir. Burada yaşayanlar bildirirlər ki, küçənin adı, evlərin ünvanı olmadığı üçün xeyli problemlə qarşılaşırlar. Onların sözlərinə görə, 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur. …

Ətraflı oxu »

Maaşlar niyə gecikir? – VİDEO

Maaşın gecikməsi ilə hər kəs qarşılaşa bilir. Lakin iddia olunur ki, bir çox hallarda şirkətlər əməkhaqqı ödənişlərini qəsdən gecikdirirlər. Hesab edilir ki, müəssisələr maaşları başqa istiqamətə yönəltməklə əlavə gəlir əldə edirlər. Maraqlıdır, belə iddialar nə dərəcədə əsaslıdır? İqtisadçı Xalid Kərimli müəssisələrin bu yolla gəlir əldə etməsinin mümkün olduğunu bildirib: “Amma …

Ətraflı oxu »

Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik – VİDEO

Vərəm xəstəliyindən əziyyət çəkən şəxs bir aydır ki, “Rifampicin” dərmanını tapa bilmir. Bu barədə kimliyinin bilinməsini istəməyən xəstənin yaxını “Xəzər Xəbər”ə şikayətində deyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəm xəstələri üçün nəzərdə tutulan “Rifampicin” dərmanının ölkədə tapılmamasını təsdiqləyib.

Ətraflı oxu »

ADA Universitetinin 43 milyonluq tenderini Türkiyə şirkəti uddu

ADA Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Tenderin qalibi “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1501502151) olub.Tender müsabiqəsinin şərtlərinə görə, “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkəti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F, …

Ətraflı oxu »

Bakıdakı yeni metro stansiyasından görüntülər – Video

Bakıda tikilməkdə olan metronun “B04” stansiyasının görüntüləri yayılıb. Hazırda tikinti işləri sürətlə aparılır. Qeyd edək ki, bu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istifadəyə veriləcək sayca 28, bənövşəyi xəttin isə beşinci stansiyasıdır. Ətraflı “AZTV Xəbər”in süjetində:

Ətraflı oxu »

Üç nəqliyyat vasitəsininin bir evakuatorda daşınması hansı məsuliyyəti yaradır? – VİDEO

Evakuator üzərində evakuator. Bu azmış kimi, onun da üzərində əlavə evakuator və avtomobil. Sosial şəbəkələrdə yayılan bu görüntülərin çəkildiyi tarix bəlli olmasa da, şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud şəkildə pozub. Qeyd …

Ətraflı oxu »

Avtobus parkı yenilənən Bakıda köhnə olanların aqibəti necə olacaq? – VİDEO

Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək. Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq? Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox… Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir. Xezerxeber.az-ın məlumatına görə, belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu …

Ətraflı oxu »

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? 

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü,  3 ton 210 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub.Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 10 kiloqram nərə balıqlarının kürüsü ixrac etmişik.İdxal olunan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 302 dollar (514 manat), …

Ətraflı oxu »

Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir – VİDEO

Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.  Ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə  alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib. Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirlir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük …

Ətraflı oxu »