Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət (səhifə 2)

Siyasət

Azərbaycan və İordaniya arasında müdafiə sahəsində saziş imzalanıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb. “Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq …

Ətraflı oxu »

Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir. Bu barədə Meydan TV-yə Milli Şuranın sədri, professor Cəmil Həsənli danışıb. O deyib ki, mitinqlə bağlı aprelin 15-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər: “Biz aksiya üçün “Məhsul” stadionunu, Nərimanov və 28 may metrostansiyalarının qarşısını göstərəcəyik. Müraciətdə …

Ətraflı oxu »

ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarının qorunmasını dəstəkləyirik

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir. Bu barədə “Report”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib. “Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və …

Ətraflı oxu »

10 boş yer: Milli Məclisə təkrar və əlavə seçki necə təyin olunur?

Milli Məclisdə 10 deputat yeri boşdur. 2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçki zamanı baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı …

Ətraflı oxu »

Haaqada Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib

Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına …

Ətraflı oxu »

Tacikistan Prezidenti Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və tacik həmkarı Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra məlumat yayıb. Nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının …

Ətraflı oxu »

“Erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”

“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”. Bunu Kremlin ən tanınmış və ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov son verilişində Ermənistandakı vəziyyəti şərh edərkən söyləyib. Əvvəlcə Yunanıstanın və Bolqarıstanın Rusiyaya qarşı nankorluğundan və Ukraynaya yardım göstərməsindən gileylənən Solovyov daha sonra Ermənistana keçib. Həmişəki iyrənc üslubunda çıxış edən bu …

Ətraflı oxu »

Avropa Məhkəməsi bu dəfə Azərbaycandan göndərilən 30-dan çox ərizəyə baxıb

Aprelin 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 30-dan çox ərizə üzrə 7 qərar və qərardadını elan edib. Bildirilir ki, “Fikrət İbişbəyli Azərbaycana qarşı” işində ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur. Ərizə ona qarşı inzibati xəta haqqında icraatın başladılması, daxili məhkəmələr tərəfindən 500 manat məbləğində cərimə edilməsilə əlaqədardır. F.İbişbəyli 2022-ci …

Ətraflı oxu »

Vilayəti: Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir

“Amerikanın planı Cənubi Qafqazda təlatümlər yaratmaqdır”. Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib. “Son günlərdə NATO başda olmaqla, Aİ və ABŞ Brüsseldə Qafqaz regionuna müdaxiləyə dair yeni planının yaradılması ilə bağlı qərar qəbul edib”, – deyə vurğulayan Vilayəti daha sonra qeyd edib: “Bu …

Ətraflı oxu »

Paşinyandan separatçı rejimlə bağlı etiraf: “1,3 milyard dollar vermişik”

“Bizə xatırladırlar ki, seçki proqramımızda Rusiya ilə strateji tərəfdaşlıq və KTMT ilə münasibətlərin dərinləşdirilməsi yer alırdı. Bəli, düz deyirsiniz, belə idi. Bəs KTMT köməyə gəlməkdən imtina edirsə, necə? Müqavilə işləmirsə, nə etməli?” “Caliber” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki bugünki çıxışı zamanı deyib. O, yenə də …

Ətraflı oxu »