Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub. Müdafiə Nazirliyinin məytbuat xidməti xəbər verir ki, dekabrın 12-də axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq …
Ətraflı oxu »Sərkisyan Qarabağdan qayıdıb dedi: “Danışıqlar kəsilib, ordu, əhali çətin dövrə hazır olmalıdır”
Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır. Virtualaz.org xəbər verir ki, bu barədə ötən həftə üç gün ərzində Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkib İrəvana geri qayıdan Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına əsasən İrəvanda mədəniyyət xadimləri qarşısında …
Ətraflı oxu »Ermənilər cəbhədə vəziyyəti gərginləşdirir
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub. Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun …
Ətraflı oxu »Sərkisyan Talış kəndi istiqamətindəki erməni mövqelərində – FOTO
Azərbaycanın işğal altındakı ərazilərində olan Ermənistan başçısı Serj Sərkisyan bu gün Ağdərə rayonunun Mataqis və Talış kəndləri istiqamətində yerləşən erməni mövqelərinə baş çəkib. Erməni KİV-ləri xəbər verir ki, Sərkisyan işğalçı qüvvələrin Mataqis polkunun aprel döyüşlərində Azərbaycan artilleriyasının zərbələrindən dağılan kazarmalarının təmirdən sonrakı vəziyyəti ilə tanış olub, habelə təmas xəttində aparılan …
Ətraflı oxu »Cəbhədə atəşkəs rejimi 43 dəfə pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax, Tovuz və Gədəbəy …
Ətraflı oxu »Erməni silahlı bölmələri atəşkəs rejimini 65 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun …
Ətraflı oxu »General Balasanyan erməniləri Talışa qaytarmaq üçün plan açıqladı: – “Rayona çevriləcək, İşıq, qaz da güzəştli olacaq…”
İşğal altındakı Ağdərə rayonunun bu ilin aprelində faktiki olaraq Azərbaycan ordusunun nəzarətinə keçən, ermənilərin məskunlaşdığı Talış kəndindən qaçan ailələrin bir hissəsinə Ağdərənin Alaşan kəndində 20 yeni ev ayrılıb. Virtualaz.org xəbər verir ki, bu haqda qondarma rejimin “hökuməti” bildirir. Bundan əvvəl Ermənistan hakimiyyəti Talış kəndindən qaçan erməni ailələrinin geri qaytarılmasına çalışdıqlarını …
Ətraflı oxu »Mövqelərimiz minaatanlardan atəşə tutuldu
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd …
Ətraflı oxu »Atəşkəsin tez-tez pozulması sifarişdir — EKSPERT
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edərək atəşkəsi pozublar. Son zamanlar atəşkəsin intensiv pozulması diqqətdən yayınmır. Bir neçə gün əvvəl təxribat törətmək istəyən erməni ordusunun diversiya qrupu ordumuz tərəfindən cəzalandırılıb. Ermənilərin son zamanlar cəbhədə fəallaşması barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a açıqlama verib: “Ermənilər …
Ətraflı oxu »Cəbhədə vəziyyət gərgin olaraq qalır
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun …
Ətraflı oxu »