Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media (səhifə 489)

Media

Məktəbli formaları yenidən bahalaşır? – Açıqlama

“Manatın məzənnəsinin dollara nisbətən ucuzlaşması məktəbli formalarının qiymətinin artmasına ciddi təsir etməyəcək. Yenidən bahalaşma gözlənilmir” Bunu AzVision.az -a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O qeyd edib ki, bu il üçün standart qiymət təsdiqlənib və dəyişməyəcək. “Hər kəs məktəbli formalarının bahalaşdığını deyir. Doğrudur, 7,5 faiz artım var. …

Ətraflı oxu »

AZƏRİŞIQ ASC tərəfindən Cəlilabadda yenidənqurma işləri aparılır

Cəlilabad rayonunda 117 kənd, 2 şəhər vardır. Rayon əhalisinin sayı isə iki yüz on üç min (213 000) nəfərdir. Azərişıq ASC yaradıldıqdan sonra ASC-nin sədri Baba Rzayev bölgələrdə elektrik şəbəkələrində yenidənqurma işlərinə başlamışdır. 2016-cı ilin əvvəllərində Cəlilabad rayon 110/35/10 kv-lıq yarım stansiyasında yeni 31,5 mvba trasformator qoyulmuşdur. Əhalinin fasiləsiz enerji …

Ətraflı oxu »

Bakıda arabir, rayonlarda intensiv yağış yağacaq – PROQNOZ

İyulun 25-nə Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı poroqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24° …

Ətraflı oxu »

Azərbaycanda iş yerinə dair arayış verəcək orqan müəyyənləşib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artıb. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”na etdiyi dəyişiklikdə əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına iş yerinə dair arayışın verilməsi daxil edilib. Bununla da nazirliyin təqdim …

Ətraflı oxu »

Qəbələdə zəlzələ olub

Qəbələdə zəlzələ baş verib. APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də saat 17:49-da Qəbələ şəhərindən 46 km şimal-qərbdə Qəbələ ərazisində 3,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 19 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Ətraflı oxu »

Prezident yol tikintisinə pul ayırdı – 8,5 milyon

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 87 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon …

Ətraflı oxu »

Nazirlikdən dabaq xəstəliyi ilə bağlı açıqlama

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparıb və hal-hazırda epizootik vəziyyət sabitdir. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, rayonlardan mütəmadi olaraq toplanmış məlumatlara və aparılan araşdırmalara əsasən ölkəmizdə …

Ətraflı oxu »

Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib

Bakı şəhərinin Ramana qəsəbəsi yolunda baş verən avtobus qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərinin həmin yoldan deyil, qəsəbənin içindən keçməsi ilə bağlı dəyişiklik edib. Bunu “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. N.Allahyarova qeyd edib ki, bu yenilik daimi deyil və optimallaşdırma işləri …

Ətraflı oxu »

Bakıda dilənçilərə qarşı əməliyyat

Bakının Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb.

Ətraflı oxu »

Ana dilindən “2” alanlara Avropada təhsil almaq “şansı”…

…“Qızım Arzu Səmədova bu il qəbul imtahanlarından kəsildi. Halbuki, yüksək bal toplayacağına ümidli idik. İnternetdə imtahansız qəbul olmağın mümkünlüyü yazılmışdı. Biz də firma ilə müqavilə bağladıq və qızımın Gürcüstanda təhsil alması üçün firmaya ümumilikdə 1750 dollar ödədik”. Bunu Bakı şəhər sakini Sənubər Səmədova deyir. Ailə metronun “Nizami” stansiyasının yaxınlığındakı “Tələbə” …

Ətraflı oxu »