Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet (səhifə 3)

Manşet

Yalnız “qadınlardan” ibarət olan “troll fabriki”ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın …

Ətraflı oxu »

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, işə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd edilib. Yayılan xəbərlə bağlı Manset.az Ramiz …

Ətraflı oxu »

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət mərkəzində yanğın baş verib, nəticəsində 70-ə yaxın sahibkar zərər çəkib. Ötən müddətdə ticarət mərkəzi yenidən tikilib, sahibkarların tam əksəriyyəti yerlə təmin edilib. Zərərçəkmiş sahibkarlardan biri, dərzi kimu fəaliyyət göstərən Samur Akif oğlu Məmmədov isə indiyədək …

Ətraflı oxu »

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir…-Videofakt

Azinforum.az xəbər verir ki, sosial şəbəkələrdə özünü Azərbaycan Dövlət Televiziyasının (AzTV) “prezident müxbiri” kimi təqdim edən şəxs peyda olub. Əslində, AzTV-nin əməkdaşı olub, sosial şəbəkələrdən aktiv istifadə etmək bir qəbahət deyil. Ancaq gərək davranışın və əxlaqın elə olsun ki, işlədiyin qurumun adına xələl gətirməyəsən. Özünü Zöhrab Baxşəliyev kimi təqdim edən …

Ətraflı oxu »

“Crocus” terroru, Qırğızıstanda ölkə başçısına sui-qəsd, Lənkəran rəhbərini və əcnəbi müəllimləri öldürmək cəhdi….

“Crocus”da baş verən hadisə günü və ondan qısa müddət sonra Azərbaycan və azərbaycanlılarla bağlı maraqlı və düşündürücü proseslər yaşanıb. Moskva terroru baş verən gün, 5 Azərbaycan vətəndaşının Qırğızıstanın dövlət başçısına sui-qəsd etmək istəyərkən saxlandıqları ilə bağlı məlumat yayıldı. Onların fotoları da nümayiş olundu. Bələ təqdim olundu ki, həmin adamlar kriminal …

Ətraflı oxu »

Lənkəranın icra başçısına sui-qəsd etmək istədilər – VİDEO

Dövlət Təhlükəsizlik Xidməti Lənkəranın icra başçısını öldürmək istəyən şəxsi saxlayıb. Bu barədə DTX-dən məlumat verilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət …

Ətraflı oxu »

“Stimul Hospital”da anamı necə öldürüblər? – VİDEO

Məlum olduğu kimi, Almaniyada mühacirətdə olan, tanınmış jurnalist Fərahim İlqaroğlunun anası Bahar Qasımova “Stimul Hospital”da dünyasını dəyişib.  Fərahim İlqaroğlunun iddialarına görə, hadisə həkimlərin və tibbi personalın faciəvi səhvi nəticəsində baş verib.  Jurnalist son gəlişmələrlə bağlı video-şərh yayıb. 

Ətraflı oxu »

Türkiyə ilə müqayisədə Azərbaycanda ərzaqların qiymətləri 2-3 dəfə bahalaşıb

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir ki, Azərbaycanda 2024-cü ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,2 faiz təşkil edib. Məlumatda o da qeyd edilir ki, 2024-cü ilin fevral ayında …

Ətraflı oxu »

Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video

Təxminən bir ay əvvəl idi, başım Rusiyadan ünvanıma edilən, sonradan ictimailəşdirdiyim məlum təhdidlə bağlı bərk qarışıq idi. Birdən yadıma düşdü ki, İSBAM sədri, dostumuz Samir Adıgözəlli niyə bu mövzu ilə bağlı mənimlə əlaqə saxlamayıb? Axı, ola bilməzdi ki, Samir bəy belə mövzularla bağlı məni axtarmasın. Nömrəsini yığdım, zəng çatmadı. “Votsap”a …

Ətraflı oxu »

Polis dələduzluqda ittiham olunur: Tutulan adamın videosunu yaymamaqdan ötrü ailəsindən pul alıb…

Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şirin Əzimov dələduzluqda ittiham olunur. Onun narkotik ittihamıyla saxlnılan Aqil Baxşəliyevin polis idarəsindəki görüntülərinin mediada yayılmaması, ardından azadlığa buraxılması adıyla həmin şəxsin ailə üzvlərindən 15 min manatdan çox pul aldığı iddia olunur. Ş.Əzimov başqa bir işdə – dələduzluqla bağlı şikayətdə də 3 min manata …

Ətraflı oxu »